Neymarın taleyinə AYDINLIQ GƏLDİ
"Santos"la müqaviləsi başa çatan Neymarın taleyinə aydınlıq gəlib.
QELEBE.AZ xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu yetirməsi olduğu klubla sözləşməni yeniləyəcək.
Müqavilənin bu həftə rəsmiləşməsi gözlənilir. Yeni anlaşma 2026-cı ilin dekabrına qədər qüvvədə olacaq.
Bildirilir ki, forvard tezliklə komanda ilə məşqlərə qoşulacaq.
Qeyd edək ki, Neymar “Santos”a bu ilin qışında azad agent kimi qoşulub.

https://mail.qalaba.az//uploads/photo/neymarin-taleyine-aydinliq-geldi.webp