Azərbaycan Üzgüçülük Federasiyasının yeni loqosu, vebsaytı və sosial şəbəkə səhifələri təqdim olunub

Azərbaycan Üzgüçülük Federasiyasının yeni loqosu, vebsaytı və sosial şəbəkə səhifələri təqdim olunub

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) yeni loqosu, vebsaytı, sosial şəbəkə səhifələri və idmançı formaları təqdim olunub.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Yeni loqo, brendbuk, vebsayt, rəqəmsal platforma akkauntları və milli komanda formaları ilə ASF-nin imici müasir beynəlxalq standartlara daha da uyğunlaşıb.

Yenilənmiş loqotip irəliləyişi, çevikliyi və dözümlüyü simvolizə edən formatda hazırlanıb. Minimalistik və dinamik dizayn tərzi ilə hazırlanan loqo qurumun yanaşmasını əks etdirmək və beynəlxalq səviyyədə tanınmasını artırmaq məqsədi daşıyır.

Milli komandalar üçün hazırlanmış yeni formalar isə həm də funksionallığı ön planda saxlayır. İtaliya şirkəti ilə tərəfdaşlıq çərçivəsində təqdim edilmiş dəst ASF-nin yeni imicinin vacib parçasıdır. Əlavə olaraq üzgüçülük yığmasının üzvlərinə sahəsinin lideri olan Böyük Britaniya şirkətinə məxsus idman geyimləri təqdim edilib.

Bununla yanaşı, ASF rəqəmsal aləmdə də daha geniş şəkildə təmsil olunacaq. Artıq qurumun fəaliyyəti ilə bağlı məlumatlar yalnız “Facebook” və “Instagram”da deyil, həmçinin “LinkedIn”, “TikTok”, “X” və “YouTube” kimi platformalarda da paylaşılacaq. Bu, qurumun daha böyük auditoriya üçün əlçatan olmasını, o cümlədən federasiyanın nəzdində olan idman növlərinin ölkədə daha da populyarlaşmasını hədəfləyir.

Federasiyanın rəsmi www.asf.az vebsaytı da tamamilə yenilənib. İstifadəçiyə rahat interfeys və mobil cihazlara uyğun olmasıyla sayt ziyarətçilərinə ASF-yə aid rəsmi xəbərlər və multimedia materialları ilə sosial şəbəkələrdəkindən daha geniş və ətraflı şəkildə tanışlıq üçün imkanlar yaradacaq. Habelə yerli və beynəlxalq yarışlar haqqında məlumatların, eləcə də ölkədəki bütün hovuzların xəritəsinin yerləşdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, cari ilin yanvarında keçirilmiş ümumi yığıncaqda Zaur Əliyev ASF-nin prezidenti seçilib. Ötən aylar ərzində strategiya və struktur baxımından yenilənmə prosesinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə start verilib.

Federasiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, 2025-ci ilin sonuna qədər bir sıra digər yeniliklərin və layihələrin də həyata keçirilməsi planlaşdırılır. Məqsəd su idman növlərinin Azərbaycanda kütləviləşdirilməsi və peşəkar idmançıların hazırlıq səviyyəsinin artırılmasından ibarətdir.

Fərdi
Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"

AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Fərdi
Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Fərdi
Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Fərdi
Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Fərdi
Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Fərdi
Xəzər dənizində avarçəkənlərin yarışı keçiriləcək

Xəzər dənizində avarçəkənlərin yarışı keçiriləcək

Fərdi
Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb