Baş katib: "Atletlərimiz Avropa çempionatında etimadı doğrultdular"

Baş katib: "Atletlərimiz Avropa çempionatında etimadı doğrultdular"

Sloveniyanın Maribor şəhərində komandalar arasında Avropa çempionatında çıxış edən Azərbaycan atletləri onlara olan etimadı doğruldublar.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə qurum mətbuat xidmətinə açıqlamasında deyib.

O, yarışda qazanılan nəticələrlə bağlı təəssüratlarını bölüşüb:

"Millimiz komandalar arasında Avropa çempionatında son illərin ən uğurlu nəticəsini əldə etdi. Yarışda 3-cü divizionda yer alan komanda ümumi hesabda 315.5 xal toplayaraq 15 ölkə arasında 6-cı yeri tutdu. Yığma 2017-ci ildə 10-cu, 2019-cu ildə 11-ci, 2021-ci ildə 15-ci, 8 atlet ilə qatıldığımız 2023-cü ildə isə 13-cü sırada qərarlaşmışdı. Aparılan təhlillərdən sonra bu dəfə məqsədimiz daha geniş heyətlə təmsil olunmaq idi. Yekunda Sloveniyaya 24 idmançı yolllandı. Daha bir diqqət çəkmək istədiyim məqam bu dəfə heyətdə legionerlərin olmamasıdır. İdmançılarımızın onlara olan etimadı doğrultduğunu söyləyə bilərəm".

Federasiya rəsmisi atletlərin çıxışlarına toxunub:

"Əlhəm Nağlyev həm 100, həm də 200 metr məsafəyə qaçışda 1-ci oldu. Bu məsafələrə qaçışda qadınların mübarizəsində Lamiyə Vəliyeva 2-ci yeri tutdu. Lamiyə 23.58 saniyə göstərici ilə 200 metr məsafədə yeni Azərbaycan rekordunu müəyyənləşdirdi. Üç təkanla tullanmada Rüstəm Məmmədov, bu növdə qadınlar arasında Yekaterina Sariyeva bütün rəqiblərini qabaqladılar. 4x400 məsəfəyə qaçışda qarışıq estafetdə təmsilçilərimiz daha bir ölkə rekordunu yenilədilər. Cabir Əliyev, İsmayıl Əliyev, Bəxtiyar Əsgərli, Anna Yusupova və digər atletlərimiz də komandamıza olduqca vacib xallar qazandırdılar. Federasiya prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə aparılan işlərin daha da uğurlu olacağına inanırıq. Məqsədimiz, idmançılarımızın davamlı inkişafını təmin etmək, perspektivli kiçik yaşlı yeniyetmə atletləri müəyyən edərək onlara maksimum dəstək vermək və qarşıdakı yarışlarda uğurlu nəticələrlə xalqımızı sevindirməkdir. Hər zaman olduğu kimi bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, bütün idmançı və məşqçi heyətinə, tibb personalına dərin təşəkkürümü çatdırıram".

Fərdi
Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Fərdi
Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Fərdi
Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”

Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”

Fərdi
Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Fərdi
Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Fərdi
Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Fərdi
Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Fərdi
Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Fərdi
“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

Fərdi
Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Fərdi
Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərdi
Lənkəranda stolüstü tennis yarışı keçirilib

Lənkəranda stolüstü tennis yarışı keçirilib