5 çəkidə Azərbaycanın ən güclü ağırlıqqaldıranları bəlli olub
Ağırlıqqaldırma üzrə gənclər arasında Azərbaycan birinciliyinə start verilib.
Apasport.az xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Akademiyasında keçirilən yarışda ilk olaraq qızlar 5 çəki dərəcəsində mübarizəyə qoşulub.
Birinciliyin yekununa əsasən Nəzrin Hüseynli (53 kq) toplamda 87 kq (37 kq + 50 kq), Türkanə Eminova (58 kq) 115 kq (55 kq + 60 kq), Xeyransa İbrahimli (63 kq) 99 kq (45 kq + 54 kq), Arzu Qədimova (69 kq) 139 kq (66 kq + 73 kq) və Zəhra Qənbərzadə (+86 kq) 92 kq (42 kq + 50 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

https://mail.qalaba.az//uploads/photo/5-chekide-azerbaycanin-en-guclu-agirliqqaldiranlari-belli-olub.webp