Azərbaycanın güləş millisinin məşqçisi: Son 4 ildə 3-cü dəfə Avropa çempionu olduq

Azərbaycanın güləş millisinin məşqçisi: Son 4 ildə 3-cü dəfə Avropa çempionu olduq

Son 4 ildə 3-cü dəfə Avropa çempionu olduq.

“Report” xəbər verir ki, bunu İtaliyada keçirilən yunan-Roma güləşi üzrə U15 Avropa çempionu olan Azərbaycan millisinin böyük məşqçisi Əbülfət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, millinin çempionatdakı çıxışından razıdır:

“Gənclərimiz yenə yaxşı çıxış etdilər. Rəqabət ildən-ilə daha da artır. Şükür Allaha, bütün komandaları üstələdik. Daha yaxşı ola bilərdi. Ancaq bu nəticələr də yaxşıdır”.

“Bu heyətdə gələn il bizim komandada qalan olacaq. Hüseyn Əmrahov və Xudayar Kərimov növbəti il də millidə qalacaqlar. Qalan bütün güləşçilərimiz dəyişəcək”, - Ə. Məmmədov qeyd edib.

Xatırladaq ki, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan yığması 131 xalla birinci yeri tutub. Ermənistan (125 xal) ikinci, Gürcüstan (99 xal) isə üçüncü olub. Millinin heyətində Ömər Salmanov (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Hüseyn Əmrahlı (38 kq) və Ruslan Nuriyev (75 kq) gümüş medala sahib çıxıblar. Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) isə bürünc medalı boynundan asıb.

Komanda 3-cü dəfə Avropa çempionu olub. Yunan-Roma güləşi millisi 2022 və 2024-cü illərdə də eyni uğura imza atıb.

Fərdi
Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Fərdi
Azərbaycan Kuboku: Veteran ağırlıqqaldıranların yarışında qaliblər müəyyənləşib

Azərbaycan Kuboku: Veteran ağırlıqqaldıranların yarışında qaliblər müəyyənləşib

Fərdi
Dünya rekordçusu karyerasını bərpa edir

Dünya rekordçusu karyerasını bərpa edir

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Fərdi
Gəncədə velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Gəncədə velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Fərdi
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Fərdi
“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

Fərdi
Azərbaycan millisinin sabiq güləşçisi “Bellator”da amerikalı ilə döyüşəcək

Azərbaycan millisinin sabiq güləşçisi “Bellator”da amerikalı ilə döyüşəcək

Fərdi
Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb