"Kəpəz" klubu üç futbolçusu ilə yolları ayırıb
"Kəpəz" klubu üç futbolçusu ilə yolları ayırıb.
Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Müqaviləsi başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk edib.
T.Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub. "Kəpəz"də iki mövsüm keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qolla yadda qalıb. Yarımmüdafiəçi 2022/2023 mövsümdə 28 oyunda 2 dəfə fərqlənib.
Gəncə təmsilçisində icarə əsasında çıxış etmiş və iki mövsüm keçirmiş Camal Cəfərov isə son çempionatda 31 matçda 2 qolla yadda qalıb. O, bundan əvvəlki mövsümdə 11 oyuna çıxıb.

https://mail.qalaba.az//uploads/photo/kepez-klubu-uch-futbolchusu-ile-yollari-ayirib.webp











