“Bayer Leverkuzen” Virtzə əvəzləyici tapdı
Erik Ten Haqın gəlişi ilə heyətdə dəyişikliklərə gedən “Bayer” daha bir oyunçu ilə anlaşıb.
QELEBE.AZ xəbər verir ki, Bundesliqa təmsilçisi PSV-dən Malik Tillman ilə razılıq əldə edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Bayer” ABŞ millisinin üzvü üçün PSV-yə 40 milyon avro ödəyəcək.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi “Bavariya”nın yetirməsidir.

https://mail.qalaba.az//uploads/photo/bayer-leverkuzen-virtze-evezleyici-tapdi.webp