"Karagümrük"də Marsel Liçka dönəmi
Yenidən Super Liqaya vəsiqə qazanan "Karagümrük" yeni baş məşqçi ilə anlaşıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə təmsilçisi Liçka ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rusiyanın "Orenburq" komandasını 2 dəfə Premyer Liqaya çıxaran təcrübəli mütəxəssis, son iki mövsümü keçirdiyi "Dinamo Moskva"da 2023-2024 mövsümündə liqanın ən yaxşı məşqçisi seçilib.

https://mail.qalaba.az//uploads/photo/quotkaragumrukquotde-marsel-lichka-donemi.webp