Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

“Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”.

Bunu “Report”a açıqlamasında “Sabah”ın baş məşqçisi Murad Musayev “Qarabağ”ın futbolçusu Kadi Borqesin Rusiyanın “Krasnodar” klubunun transfer gündəmində olması ilə bağlı danışarkən deyib.

Azərbaycana gəlməzdən əvvəl “Krasnodar”ın baş məşqçisi vəzifəsini icra edən 39 yaşlı mütəxəssis braziliyalı yarımmüdafiəçinin “Qarabağ”da aparıcı simalardan biri olduğunu söyləyib: “Düzü, Kadi ilə bağlı “Qarabağ”a, həqiqətən də, hansısa müraciətin edilməsi, yoxsa bunların sadəcə şayiədən ibarət olması barədə məlumatım yoxdur. Kadinin hazırda Azərbaycanda çıxış edən ən güclü futbolçulardan biri olduğunu düşünürəm. O, “Qarabağ”ın əsas üzvlərindən biridir. Bu il də klubun heyətində avrokuboklarda qrup mərhələsində çıxış edib. Burada özünün ən yaxşı keyfiyyətlərini sərgiləyir, komandanın lideridir. Onun ustalığı bir neçə dəfə oyunun taleyini həll edib”.

Murad Musayevin fikrincə, “Krasnodar”a keçid 26 yaşlı hücumameyilli futbolçu üçün infrastruktur baxımından üstünlük olar: “Bu klub dünyada ən yaxşı bazalardan birinə malikdir. Yeni bazanın tikintisi də başa çatır. Əla stadionları var. Məncə, ora dünyanın ən gözəl arenasıdır. Rusiya çempionatının səviyyəsi də daha yüksəkdir. Orada çox böyük rəqabət var. İddialı klubların sayı çoxdur”.

Gənc çalışdırıcı Rusiyaya yollanmaq ehtimalının mənfi tərəflərini də açıqlayıb: “Mənfi hal ondan ibarət ola bilər ki, “Krasnodar” avrokboklarda iştirak etmir. Bundan əlavə, Kadi yeni komandaya, ölkəyə uyğunlaşmalı olacaq. Onun üçün hansı seçimin daha yaxşı olacağını bilmirəm. Buna ancaq özü qərar verə bilər. Mən sadəcə bu variantın müsbət və mənfi cəhətləri ilə bağlı öz fikirlərimi bildirdim”.

Qeyd edək ki, uzun müddət “Krasnodar”ın akademiyasında fəaliyyət göstərən Murad Musayev 2018-2021-ci illərdə əsas komandaya rəhbərlik edib. Rusiya klubu qış fasiləsində “Qarabağ”ın futbolçusu Kadi Borqesi heyətinə qatmaqda maraqlıdır.

Futbol
Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb

Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb

Futbol
"Araz-Naxçıvan"ın baş məqşçisi: "Ən yaxşı oyunumuzu keçirdik"

"Araz-Naxçıvan"ın baş məqşçisi: "Ən yaxşı oyunumuzu keçirdik"

Futbol
İstanbul derbisi: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib

İstanbul derbisi: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib

Futbol
FIFA Türkiyə klubuna transfer qadağası qoyub

FIFA Türkiyə klubuna transfer qadağası qoyub

Futbol
PSJ-nin qapıçısı klubdan ayrılmaq istəyir

PSJ-nin qapıçısı klubdan ayrılmaq istəyir

Futbol
“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
Azərbaycan Kuboku: İştirakçılar və püşkatma tarixi açıqlanıb

Azərbaycan Kuboku: İştirakçılar və püşkatma tarixi açıqlanıb

Futbol
Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Futbol
Səudiyyəli futbolçunun qapıçısı ilə toqquşması nəticəsində çənəsi sınıb

Səudiyyəli futbolçunun qapıçısı ilə toqquşması nəticəsində çənəsi sınıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Futbol
“Real” sabiq müdafiəçisini geri qaytarır

“Real” sabiq müdafiəçisini geri qaytarır

Futbol
AFFA “Sabah”ı cəzalandırıb

AFFA “Sabah”ı cəzalandırıb