AzVİF rəsmisi: "Azərbaycan çempionatı istedadlı velosipedçiləri üzə çıxarmağa kömək etdi"

AzVİF rəsmisi: "Azərbaycan çempionatı istedadlı velosipedçiləri üzə çıxarmağa kömək etdi"

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) baş katibi Elnarə Musayeva şose velosipedi üzrə ölkə çempionatının yekunlarını dəyərləndirib.

Qurum rəsmisi bu barədə “Report”a açıqlama verib.

O, yarışda ümumilikdə 120-yə yaxın idmançının iştirak etdiyini deyib:

“Şose velosipedi üzrə Azərbaycan çempionatı il ərzində keçirilən yarışlar arasında ən əsasdır. Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən, bu çempionat iyunun sonunda keçirilməlidir. Dünya üzrə bu yarış məhz bu müddətdə təşkil edilir. Çempionata müxtəlif yaş kateqoriyaları üzrə 120-yə yaxın idmançı qatılmışdı Yarış Xızı rayonunda təşkil olunub və həm isti hava şəraiti, həm də marşrutun çətinliyi idmançılardan böyük əzmkarlıq tələb edib. Digər tərəfdən, bu çempionat istedadlı və yüksək potensialı olan idmançıları üzə çıxarmağa kömək etdi”.

AzVİF rəsmisi yarış zamanı yaşanan maraqlı məqamlardan danışıb:

“Yarış gərgin mübarizə ilə yadda qaldı. Yeniyetmə velosipedçilərin qrup yarışı zamanı ayrılıb önə gedən 4 idmançının biri problemlə üzləşdi. Digərləri isə bu fürsətdən istifadə edərək sürət yığıb uzaqlaşmaq əvəzinə onu gözlədilər. Bu, idmanda yazılmayan etik qaydalardır və "feyr-pley" prinsiplərinə uyğun bir hərəkətdir. Velosiped idmanı zamanı şosedə təhlükəsizliyin təmin olunması çox vacibdir. Təhlükəsizlik yüksək səviyyədə təmin edildi. Buna görə də Daxili İşlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə təşəkkürümüzü bildiririk. Təbii ki, təşkilatçılığa və hərtərəfli dəstəyə görə də Gənclər və İdman Nazirliyinə böyük təşəkkürümüz var”.

E.Musayeva velosipedçilərin beynəlxalq yarışlara yollanacağını vurğulayıb:

“Yeniyetmələrdən ibarət yığmamız Makedoniyaya - Avropa Gənclər Olimpiya Festivalına, gənclərdən ibarət komandamız isə Portuqaliyada trek növü üzrə Avropa çempionatına qatılacaqlar”.

Fərdi
Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərdi
Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Fərdi
Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Fərdi
Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: "Mənim üçün çox çətin idi"

Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: "Mənim üçün çox çətin idi"

Fərdi
Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Fərdi
Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Fərdi
Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb