Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
Badminton üzrə milli komandamız yeni reytinq siyahısında 121 ölkə arasında 27-ci sıraya yüksəlib.
Apasport.az xəbər verir ki, bu barədə BWF (Dünya Badminton Federasiyasının) məlumat yayıb.
Komandamızın hesabında 2726 reytinq xalı var. Millimiz son 3 ayda reytinqdə 18 pillə irəliləyib.
Bu Azərbaycan badmintonu tarixində ən yüksək göstəricidir.
Qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan millimiz ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer alırdı.

https://mail.qalaba.az//uploads/photo/milliden-yeni-rekord-yigma-dunya-reytinqinde-27-ci-siraya-yukselib.webp