Klublararası dünya çempionatı: “Real” "Borussiya"nı məğlub edərək yarımfinala yüksəlib

Klublararası dünya çempionatı: “Real” "Borussiya"nı məğlub edərək yarımfinala yüksəlib

"Real " klubu Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.

"Report"un məlumatına görə, “Metlife” stadionunda (ABŞ, İst-Ruterford, Nyu-Cersi ştatı) baş tutan görüşü braziliyalı referi Ramon Abatti idarə edib.

Hesabı "Real Madrid"in hücumçusu Qonsalo Qarsiya 10-cu dəqiqədə açıb. Bundan 10 dəqiqə sonra isə onun komanda yoldaşı, müdafiəçi Fran Qarsiya fərqi artırıb.

90+2-ci dəqiqədə Almaniya yığmasının hücumçusu Maksimilian Bayer buraxılan qollardan birinin əvəzini çıxsa da, 90+4-cü dəqiqədə hücumçu Kilian Mbappe “Real”ın üçüncü qolunu vurub.

90+6-cı dəqiqədə müdafiəçi Din Huysen komandasının cərimə meydançasında kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. 90+8-ci dəqiqədə almaniyalı hücumçu Seru Qirassi penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

Beləliklə, "Real" klublararası dünya çempionatının yarımfinal mərhələsində daha əvvəl "Bavariya"nı məğlub etmiş PSJ ilə qarşılaşacaq.

Futbol
Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Futbol
"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

Futbol
Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Futbol
DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

Futbol
Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Futbol
"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

Futbol
Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Futbol
Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Futbol
"Neftçi"nin əsas hücumçusu zədələnib

"Neftçi"nin əsas hücumçusu zədələnib

Futbol
"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

Futbol
Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Futbol
2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb