Millimiz beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb
Cüdo üzrə gənc qızlardan ibarət milli komandamız Çexiyanın Nimburk şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan toplanışda cüdoçularımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir.
Qeyd edək ki, 3 gün davam edəcək təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

https://mail.qalaba.az//uploads/photo/millimiz-beynelxalq-telim-meshq-dushergesine-qatilib.webp