"Qarabağ" video-analitikini potensial rəqiblərin oyununa göndərib
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün keçiriləcək "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) oyununa "Qarabağ"ın hansı məşqçisinin yollandığı bəlli olub.
Bu barədə "QELEBE.AZ"a Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, video-analitik məşqçi Yanuş Vasilyev sözügedən qarşılaşma üçün İrlandiyadadır. O, matçı tribunadan izləyəcək.
Paytaxtı Dublindəki “Tolka Park” stadionunda gerçəkləşəcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. "Qarabağ" II təsnifat mərhələsində bu cütün qalibi ilə üz-üzə gələcək.

https://mail.qalaba.az//uploads/photo/qarabag-video-analitikini-potensial-reqiblerin-oyununa-gonderib.webp











