Azərbaycan millisinin baş məşqçisi: “Ümid edirik ki, çempionatda ən yaxşıları seçib olimpiadaya hazırlaya biləcəyik"

Azərbaycan millisinin baş məşqçisi: “Ümid edirik ki, çempionatda ən yaxşıları seçib olimpiadaya hazırlaya biləcəyik"

Azərbaycanın çimərlik güləşi millisinin baş məşqçisi Oyan Nəzəriani ölkə çempionatında iştirakçı sayının yüksək olacağına, ən yaxşıları seçib olimpiadaya hazırlaya biləcəklərinə ümid edir.

Mütəxəssis bunu “Report”a açıqlamasında bildirib.

O, komandanı hazırlamaq məqsədilə ölkənin müxtəlif şəhərlərindən və rayonlarından güləşçilər cəlb ediləcəyini vurğulayıb:

“Bu yaşda güləşçilər arasında ilk çempionat deyil. Daha əvvəl də 17 və 20 yaşadək güləşçilər, həmçinin böyüklər arasında belə çempionat keçirilib. Bu il yarışı daha tez təşkil etməyimizə səbəb odur ki, gələn il yeniyetmələr arasında Yay Olimpiya Oyunları keçiriləcək. Hansı ki, çimərlik güləşi də bu oyunlara daxildir. Komandanı hazırlamaq məqsədilə ölkənin müxtəlif şəhərlərindən, rayonlarından güləşçilər cəlb edib bu çempionatı keçirəcəyik. Ümid edirik ki, iştirakçı sayı kifayət qədər yüksək olacaq və biz ən yaxşıları seçib olimpiadaya hazırlaya biləcəyik”.

O, qarşıdan gələn dünya çempionatına qədər yeniyetmələrin heyətində dəyişiklik ola biləcəyini də istisna etməyib:

“Sentyabrda 17 yaşadək çimərlik güləşçilərinin dünya çempionatı keçiriləcək. Daha əvvəl bu yaşda olanların Avropa çempionatında dörd çəki dərəcəsində iki qızıl, bir bürünc medal qazanmışdıq. Qızıl medalların əyarına görə birinci idik. Sadəcə, bir çəkidə uğursuzluq yaşandığı üçün komanda yarışında dördüncü olduq. Dünya çempionatında yeni uşaqlardan istifadə edə bilərik. Lakin böyüklərin heyətində, çox güman, dəyişiklik olmayacaq. Çünki böyüklər arasında dünya çempionatı bir neçə mərhələdən ibarətdir və güləşçilər artıq bunların ikisində iştirak ediblər. Yeniyetmələrin durumuna görə dünya çempionatınadək heyətdə dəyişiklik edilə bilər”.

Qeyd edək ki, Azərbaycan çempionatı iyulun 16-17-də təşkil olunacaq.

Fərdi
Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Fərdi
Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Fərdi
Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərdi
Azərbaycan güləşçisi: "Zədə mənə problem yaradırdı"

Azərbaycan güləşçisi: "Zədə mənə problem yaradırdı"

Fərdi
Maqnus Karlsen yenə dünya çempionu olub

Maqnus Karlsen yenə dünya çempionu olub

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Fərdi
Rəşad Nəbiyev Avropa çempionatında medal qazanan cüdoçularla görüşüb

Rəşad Nəbiyev Avropa çempionatında medal qazanan cüdoçularla görüşüb