Azərbaycan millisinin sabiq məşqçisi: "Sabah”ın müdafiə xəttində problemlər ola bilər"

Azərbaycan millisinin sabiq məşqçisi: "Sabah”ın müdafiə xəttində problemlər ola bilər"

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sele” ilə qarşılşacaq “Sabah”ın müdafiə xəttində problemlər ola bilər.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis komandadan müsbət nəticə gözləyr:

“Təbii ki, “Sabah”dan müsbət nəticə gözləyirəm. Düzdür, rəqib o qədər də tanınmış deyil. Amma ötənilki nəticələrinə baxsaq, ciddi və çətin olduğu haqqında fikir yaradır. “Sabah”a gəlincə, yeni baş məşqçi gətiriblər. O, qısa müddətdir komandadadır. Bu zaman ərzində nə dərəcədə uyğunlaşması, heyəti tanıması, istədiyi oyunu komandaya aşılaya bilib-bilməməsi vacib amildir. Təbii ki, komanda 100 faiz hazır olmayacaq. Gedənlər, yeni gələnlər var. Buna baxmayaraq, hansısa cizgilər görə bilərik”.

O, komandaların oyun üslublarına toxunub:

“Sabah”ın baş məşqçisinin “Omoniya”da olarkən hücum futboluna üstünlük verdiyini görürdük. Komanda hər iki yoxlama oyununda qollar vurub və buraxıb. Müdafiə xəttində müəyyən problemlər ola bilər. Çünki hücum edərkən əks-hücumlarda yaxalanırlar. Bu məqam da sual doğurur. Rəqib məşqçinin ispan olması isə bu deməkdir ki, onlar da artıq İspaniya futboluna uyğun çıxış edə bilərlər. Yəni, açıq və bol qollu oyun izləyə bilərik”.

A.Əsədov azarkeş amilinin də “Sabah”ın oyununa təsir edə biləcəyini deyib:

“Doğma meydan, azarkeş amili var. İlk oyundur. Azərbaycan Kubokunu qazanıblar, əhval-ruhiyyə yüksəkdir. Komandada yeni baş məşqçinin olması futbolçular üçün də motivasiyadır. Oyuna köklənəcəklər. Azarkeşlər yəqin ki, tribunları doldurarlar, çünki darıxıblar. Fasilədən sonra azarkeş amili rol oynaya bilər. Düşünürəm ki, bu oyun hər iki komanda üçün əsasən kəşfiyyat xarakteri daşıyacaq. “Sabah”ın ilk oyunda məsələni həll etmək istəyəcəyini düşünmürəm. Bir qədər ehtiyatlı yanaşa bilərlər”.

Qeyd edək ki, “Sabah” - “Sele” görüşü bu gün, saat 20:00-da start götürəcək. Cavab matçı isə iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Futbol
Çempionlar Liqası: Messi şəxsi rekordunu yeniləyib

Çempionlar Liqası: Messi şəxsi rekordunu yeniləyib

Futbol
Abdullah Zubir: "Təklif gələndə "Qarabağ"ı tanımırdım"

Abdullah Zubir: "Təklif gələndə "Qarabağ"ı tanımırdım"

Futbol
Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Futbol
Zoltan Gera: "Azərbaycan millisi son vaxtlar yaxşı təsir bağışlayır"

Zoltan Gera: "Azərbaycan millisi son vaxtlar yaxşı təsir bağışlayır"

Futbol
DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

Futbol
DÇ-2022: Cənubi Koreya 1/8 finala çıxıb, Uruqvay və Qana qrupda qalıb

DÇ-2022: Cənubi Koreya 1/8 finala çıxıb, Uruqvay və Qana qrupda qalıb

Futbol
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

Futbol
Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Futbol
"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

Futbol
Mahir Emreli: "Qələbəyə layiq idik"

Mahir Emreli: "Qələbəyə layiq idik"