İdmançımız Sofiyada qələbə qazanıb

İdmançımız Sofiyada qələbə qazanıb

Bolqarıstanda keçirilən 12-ci Sofiya Suya Tullanma Kubokunun üçüncü yarış günündə də yeniyetmələrdən ibarət milli komandamızın üzvü Maqsud Tahirli bütün rəqiblərini üstələyib.

QELEBE.AZ xəbər verir ki, bundan öncə Maqsud həm 5 metrlik platforma, həm də 3 metrlik tramplindən tullanışlarda da bütün digər iştirakçılardan daha yüksək nəticə göstərərək fəxri kürsünün ən üst pilləsinə layiq görülmüşdü.

Ümumilikdə yarışda 11 ölkədən 160-dan çox yeniyetmə idmançı iştirak edir.