Azərbaycan millisinin qapıçısı "Sabah"dan ayrıldığını açıqlayıb

Azərbaycan millisinin qapıçısı "Sabah"dan ayrıldığını açıqlayıb

Azərbaycan millisinin qapıçısı Yusif İmanov "Sabah" klubundan ayrılıb.

"QELEBE.AZ" xəbər verir ki, qolkiper bu barədə şəxsi feysbuk hesabında məlumat paylaşıb.

O, 16 yaşından Bakı təmsilçisinin bir parçası olmağa başladığını vurğulayıb:

"O gündən bu vaxtadək “Sabah”ın formasını qürurla daşıdım. Bu illər ərzində bir çox oyunlarda iştirak etmək və bu ailənin üzvü olmaq mənim üçün böyük təcrübə və dəyərli mərhələ oldu. Lakin təəssüf ki, son 6 ayda klub daxilində mənə qarşı subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin uyğun şəraitin yaradılmaması karyerama, xüsusilə də millimizin gənc qapıçısı kimi inkişaf perspektivimə mənfi təsir göstərdi".

İmanov bu qərarı almağın asan olmadığını diqqətə çatdırıb:

"Vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra, göstərilən münasibət və klubdan aldığım rəsmi cavabları nəzərə alaraq, mövcud müqaviləni birtərəfli qaydada pozmaq qərarına gəldim. Artıq 1 aya yaxındır ki, bu məsələ ilə bağlı rəsmi şəkildə yazışmalar aparılırdı və bütün hüquqi prosedurlar qanun çərçivəsində yerinə yetirildi. “Sabah”da keçirdiyim illərə görə təşəkkür edir, bütün məşqçilərə, komanda yoldaşlarıma və mənə dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm. Qarşıda isə yeni hədəflər, yeni meydanlar və daha güclü Yusif İmanov olacaq!"

Futbol
PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
"Qarabağ" "Nant"la oyunda bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edib

"Qarabağ" "Nant"la oyunda bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edib

Futbol
Azərbaycanın FIFA referisi iki beynəlxalq turnirə təyinat alıb

Azərbaycanın FIFA referisi iki beynəlxalq turnirə təyinat alıb

Futbol
"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

Futbol
Klublararası dünya çempionatının püşkü atılıb

Klublararası dünya çempionatının püşkü atılıb

Futbol
"Əl-Nəsr" PSJ-nin məşhur futbolçusunu heyətinə qatmaq istəyir

"Əl-Nəsr" PSJ-nin məşhur futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
“Turan Tovuz”un yoxlama oyunundakı rəqibi dəyişib

“Turan Tovuz”un yoxlama oyunundakı rəqibi dəyişib

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Səhv edəndə cəzasını çəkirsən"

"Olimpiakos"un baş məşqçisi: "Səhv edəndə cəzasını çəkirsən"

Futbol
UEFA Gənclər Liqası: "Qəbələ"nin potensial rəqiblərinin sayı azalıb

UEFA Gənclər Liqası: "Qəbələ"nin potensial rəqiblərinin sayı azalıb

Futbol
Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Futbol
"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb