“Zirə” Türkiyədə ilk yoxlama matçına çıxacaq

“Zirə” Türkiyədə ilk yoxlama matçına çıxacaq

Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən “Zirə” bu gün qonşu ölkədə ilk yoxlama oyununu keçirəcək.

QELEBE.AZ xəbər verir ki, paytaxt təmsilçisi “Ankara Keçiörengücü” ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 18:45-də start götürəcək. 

Qeyd edək ki, "Zirə" Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Neftçi Arena"da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.