Avropa çempionatı: 4 boksçumuz finalda
Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Yarışda Azərbaycan millisinin 4 qız idmançısı finala vəsiqə qazanıb.
QELEBE.AZ xəbər verir ki, boksçularımızdan Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) iyulun 15-də həlledici görüşlərə çıxacaqlar.
Digər milli üzvlərindən Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) yarımfinalda məğlub olduqları üçün birinciliyi bürünc medalla başa vurublar.

https://mail.qalaba.az//uploads/photo/avropa-chempionati-4-bokschumuz-finalda.webp