“Fənərbaxça” və “Milan”a "yox" dedi, Səudiyyə Ərəbistanında çıxış edəcək

“Fənərbaxça” və “Milan”a "yox" dedi, Səudiyyə Ərəbistanında çıxış edəcək

“Bayer”in yarımmüdafiəçisi Qranit Caka “Fənərbaxça” və “Milan” tərəfindən istənilsə də, öz seçimini Səudiyyə Ərəbistanının “Neom” klubundan yana edib.

QELEBE.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hazırda komandalar arasında danışıqlar davam edir.

İsveçrəli futbolçu artıq elitaya yenicə yüksəlmiş “Neom” ilə şifahi razılıq əldə edib.

Qeyd edək ki, 32 yaşlı Caka 2023-cü ildə “Arsenal”dan “Bayer”ə 25 milyon avroya transfer olunub.