Komandamızın Çempionlar Liqasındakı rəqibi bəlli olub

Komandamızın Çempionlar Liqasındakı rəqibi bəlli olub

Kişi voleybolçular arasında Çempionlar Liqasının püşkü atılıb. 

QELEBE.AZ xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Azərreyl”in də rəqibi dəqiqləşib. 

Bakı təmsilçisi I təsnifat mərhələsində Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq. İlk görüşlər oktyabr 21-23-də, cavab matçı bir həftə sonra olacaq.