İngilislər Caka ilə maraqlanır

İngilislər Caka ilə maraqlanır

Almaniyanın "Bayer 04" klubunun yarımmüdafiəçisi Qranit Caka İngiltərə təmsilçisi "Sanderlend"lə danışıqlara başlayıb.

QELEBE.AZ "Sky Sports"a istinadən xəbər verir ki, 32 yaşlı isveçrəli futbolçuya 3 illik müqavilə təklif olunub.

Onun müqaviləsinin müddətinin bitməsinə 3 il qalsa da, yayda komandanı tərk edə bilər. Onunla daha əvvəl "Milan" (İtaliya) və Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilmişdi.