“Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib - YENİLƏNİB
Türkiyədə təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” bu gün sonuncu - 4-cü yoxlama oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, komanda Super Liqa təmsilçilərindən "Trabzonspor"la üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürüb.
Matç Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/araz-naxchivan-trabzonsporu-meglub-edib-yenilenib.webp