Onyekuru yenidən Super Liqada

Onyekuru yenidən Super Liqada

Türkiyə Super Liqa klublarından "Gençlerbirliği" Henri Onyekuru ilə müqavilə imzalayıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. 

Ötən mövsüm "Əl-Fayha"da çıxış edən 28 yaşlı futbolçu mövsümün ortalarında Səudiyyə Ərəbistanı təmsilçisi ilə yollarını ayırıb .

O, 6 ay klubsuz qalıb.

Qeyd edək ki, nigeriyalı daha əvvəl "Adana Demirspor"un şərəfini qoruyub.