"Sabah"ın baş məşqçisi: “Sele” ilə keçirdiyimiz iki matç bizə çox şey qazandırdı"

"Sabah"ın baş məşqçisi: “Sele” ilə keçirdiyimiz iki matç bizə çox şey qazandırdı"

"Sabah" klubu Sloveniya təmsilçisi "Sele"yə qarşı keçirdiyi oyunlardan nəticələr çıxarıb.

"QELEBE.AZ"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Mütəxəssis səfərdə Moldovanın "Petrokub" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Bizi çox maraqlı matç gözləyir. Rəqibin necə oynadığını təhlil etmişik, son görüşlərni izləmişik. Çox maraqlı komandadır, daha çox müdafiəyə meylli oynayırlar. Oyunçular çox kompaktdır, meydanda nə edəcəklərini bilirlər. Məncə, evdə və səfərdə bir qədər fərqli oyun sərgiləyirlər. Evdə daha çox pressinq edirlər, meydanın hər yerində rəqiblə birə-bir oynamağa çalışırlar. Səfərdə isə taktiki yanaşmaları bir az fərqlidir. Avrokuboklarda favorit olmur, burada həmişə bütün gücünlə mübarizə aparmalısan, hər an oyunun taleyini həll edə bilər.

Əlbəttə, biz bura sadəcə oynamağa gəlməmişik. Məncə, “Sabah” artıq elə bir səviyyəyə çatmalıdır ki, harada oynamasından asılı olmayaraq hər qarşılaşmaya qalibiyyət üçün çıxsın. Biz də bunu etməyə çalışacağıq".

O, Sloveniya təmsilçisi "Sele"yə qarşı keçirdikləri görüşlərdən nəticələr çıxardıqlarını bildirib:

“Sele” ilə keçirdiyimiz iki matç bizə oyunumuzu anlamaq, səhvlərimizi dərk etmək və nələri düzəltməli olduğumuzu görmək baxımından çox şey qazandırdı. Avropa futbolunda həmişə olduğu kimi, nəticəni xırda detallar həll edir. Meydana çıxırsan və döyüşürsən, amma sonda kiçik məqamlar, köklənmə oyunun taleyini müəyyən edir. Ümid edirəm ki, bu dəfə hər şey bizim xeyrimizə olacaq”.

Qeyd edək ki, "Petrokub" - "Sabah" matçı bu gün Kişineudakı "Zimbru" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması iyulun 31-də "Bank Respublika Arena"da, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Futbol
UEFA "Qarabağ"ın kapitanını təbrik edib

UEFA "Qarabağ"ın kapitanını təbrik edib

Futbol
Niderland və Seneqal 1/8 finalda

Niderland və Seneqal 1/8 finalda

Futbol
Türkiyə klubuna transfer qadağası qoyulub

Türkiyə klubuna transfer qadağası qoyulub

Futbol
Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Futbol
Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Futbol
“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb

“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb

Futbol
Canni De Byazi yenidən Albaniya yığmasına rəhbərlik edə bilər

Canni De Byazi yenidən Albaniya yığmasına rəhbərlik edə bilər

Futbol
Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Futbol
DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

Futbol
"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib

"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib

Futbol
“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

Futbol
İtaliya millisi final mərhələsində, Rumıniya B Liqasını tərk edib

İtaliya millisi final mərhələsində, Rumıniya B Liqasını tərk edib