Azərbaycan millisinin sabiq məşqçisi: "Yunanıstandakı cavab matçı "Araz-Naxçıvan” üçün çətin olacaq"

Azərbaycan millisinin sabiq məşqçisi: "Yunanıstandakı cavab matçı "Araz-Naxçıvan” üçün çətin olacaq"

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçirilən ilk görüşündə “Aris”i (Yunanıstan) məğlub edən (2:1) “Araz-Naxçıvan” üçün cavab matçı çətin olacaq.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.

Mütəxəssis Naxçıvan komandasının oyununu yüksək qiymətləndirib:

“Araz-Naxçıvan”ın həm oyunu, həm nəticə, həm də aqressivliyi yaxşı və qənaətbəxş idi. Böyük istək, qələbə ruhu, mübarizə var idi. Nəzərə alaq ki, rəqib də asan deyil və cavab oyunu “Araz-Naxçıvan” üçün çətin olacaq. Baxmayaraq ki, minimal fərqlə qələbə qazanıblar. Naxçıvan komandası dünən “Aris”ə imkan vermədi. Yunanıstanlı azarkeşlər çılğın olsalar da, “Araz-Naxçıvan”ın futbolçuları təcrübəlidirlər. Azarkeşlərin təzyiqlərinə fikir verməyəcəklər və əsas diqqətlərini öz oyunlarına yönəldəcəklər”.

Veteran futbolçu komandanın mərhələ keçmək şansları haqqında da fikirlərini bölüşüb:

“Araz-Naxçıvan”ın mərhələ keçmək şansları Yunanıstan klubu ilə eynidir. Çünki top fərqi azdır və rəqib də öz meydanında oynayacaq. Bununla yanaşı, təhlükəli futbolçulara malikdirlər. Düzdür, “Araz-Naxçıvan”ın heyəti də pis deyil və birinci oyunda yaxşı nəticə qazandılar. Məsələn, Patrik Andrade neçə ildir Azərbaycanda çıxış edir. Felipe Santos öz işini görür, qol vurdu, yaxşı oynadı. Yeni transferlər barədə isə hələ heç nə demək olmaz. Ümumilikdə komandanın hücum potensialı güclüdür”.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-də Yunanıstanda keçiriləcək.

Futbol
Azərbaycan millisinin Slovakiya və Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Slovakiya və Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Futbol
Çexiyalı qapıçı "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq

Çexiyalı qapıçı "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq

Futbol
Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Futbol
DÇ-2022: Qana yığması Qətərə forma aparmağı unudub

DÇ-2022: Qana yığması Qətərə forma aparmağı unudub

Futbol
Qazaxıstan yığması Azərbaycanla oyunda azlıqda qalıb

Qazaxıstan yığması Azərbaycanla oyunda azlıqda qalıb

Futbol
"Traktor" klubu Kurban Berdıyevlə vidalaşıb

"Traktor" klubu Kurban Berdıyevlə vidalaşıb

Futbol
Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda

Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda

Futbol
Avropa Liqasında ən uzun səfər "Qarabağ"a görə olacaq

Avropa Liqasında ən uzun səfər "Qarabağ"a görə olacaq

Futbol
"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

Futbol
Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Futbol
Fransa millisinin futbolçuları tarixə düşüb

Fransa millisinin futbolçuları tarixə düşüb

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Bir mövqeni mütləq gücləndirməliyik"

"Qəbələ"nin baş məşqçisi: "Bir mövqeni mütləq gücləndirməliyik"