Azərbaycan yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib
Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.
"Report" xəbər verir ki, komanda Ukrayna seçməsi ilə qarşılaşıb.
Əlavə vaxta gedən görüş rəqibin 71:67 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Rumıniya yığmasına da məğlub olub - 34:60. Komanda növbəti görüşünü iyulun 27 -də Gürcüstana qarşı keçirəcək.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-yigmasi-avropa-chempionatinin-b-divizionunda-ikinci-oyununu-kechirib.webp











