“Vugar Gashimov Open 2025”də mübarizə davam edir
Bakıda Vüqar Həşimov Şahmat Fondunun təşkil etdiyi “Vugar Gashimov Open 2025” beynəlxalq şahmat turniri davam edir.
QELEBE.AZ xəbər verir ki, bu gün yarışda 6-cı turun oyunları keçiriləcək.
5 turdan sonra iki şahmatçı - Azərbaycan təmsilçiləri Tunar Davudov və Şiroğlan Talıbov liderdir. Onlar yüz faizli nəticə - hərəyə 5 xalla yollarına davam edirlər.
Qeyd edək ki, turnir Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən “Chess Tour Azerbaijan” layihəsinə daxil edilib. Sayca 11-ci dəfə keçirilən yarışda 6 ölkədən 206 şahmatçı iştirak edir.

https://mail.qalaba.az//uploads/photo/vugar-gashimov-open-2025de-mubarize-davam-edir.webp