Qurban Qurbanov: "Sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik"

Qurban Qurbanov: "Sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik"

"Qarabağ" "Şelburn"la matçda az güc sərf edib, yaxşı oyun sərgiləməyi planlaşdırır.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıdakı qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

"Bəzi üstünlüklərimiz var. Lakin ciddi rəqibə qarşı oynayacağıq. İnşallah, sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik. Mərhələni keçən komanda bəlli deyil. Hələ cavab qarşılaşması var".

Q.Qurbanov heyətə yeni hücumçu cəlb etmək istədiklərini bildirib:

“Hücum xəttinə uzun müddətdir ki, yeni oyunçu axtarışındayıq. Bu müddətdə danışıq apardığımız, hətta razılıq əldə etdiyimiz futbolçular oldu. Görünən odur ki, daha sərfəli təkliflər aldılar və başqa komandanı seçdilər. Hazırda heyətdə yer alan hücumçulardan razıyam. Yeni forvard transfer etməklə komandanın ön xətdəki gücünü bir qədər də artırmaq istəyirik".

Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Futbol
Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Futbol
"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

Futbol
"Qarabağ", "Sabah" və "Neftçi"nin legionerləri yoldaşlıq görüşlərində meydana çıxıblar

"Qarabağ", "Sabah" və "Neftçi"nin legionerləri yoldaşlıq görüşlərində meydana çıxıblar

Futbol
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

Futbol
Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik"

Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik"

Futbol
Lionel Messi PSJ ilə yeni müqavilə imzalamağa yaxındır

Lionel Messi PSJ ilə yeni müqavilə imzalamağa yaxındır

Futbol
Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Futbol
Kadi Borges: "Frayburq"la oyunun taleyini xırda detallar həll etdi"

Kadi Borges: "Frayburq"la oyunun taleyini xırda detallar həll etdi"

Futbol
Premyer Liqa: "Qarabağ" "Zirə"ni darmadağın edib

Premyer Liqa: "Qarabağ" "Zirə"ni darmadağın edib

Futbol
Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"