Vaqif Cavadov: "Azərbaycan klublarının Konfrans Liqasında növbəti mərhələyə adlamaq şansları yüksəkdir"

Vaqif Cavadov: "Azərbaycan klublarının Konfrans Liqasında növbəti mərhələyə adlamaq şansları yüksəkdir"

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün cavab görüşlərinə çıxacaq “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”ın növbəti mərhələyə adlamaq şansları yüksəkdir.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib.

O, “Sabah”ın Moldova təmsilçisi “Petrokub”la ilk oyunda lazımi nəticə əldə etdiyini bildirib:

“Sabah” ilk oyunda istənilən nəticəni qazandı. Bir çoxları komandada ruh düşkünlüyü olduğunu düşünürdü. Lakin bunu görmədik. Səfər matçından 2:0 hesablı qələbə ilə qayıtdılar. Məncə, şansları yaxşıdır və mərhələ adlamaq üçün güclü futbolçulara malikdirlər. İnanıram ki, Bakıdakı oyunda da qələbə qazanacaqlar”.

Sabiq hücumçu Xorvatiyanın “Hayduk” komandasına qarşı Bakıdakı kimi oynayacağı təqdirdə "Zirə"nin səfərdən yaxşı nəticə ilə dönəcəyini düşünür:

“Zirə” çox yaxşı komandadır və futbolçulara malikdir. Bakıdakı oyundan əvvəl çoxları “Hayduk”un qələbə qazanacağını deyirdi. Amma Rəşad Saıqovun komandası yaxşı mübarizə apardı, hətta hesabı da açdı. Yalnız sona yaxın qol buraxdılar. Buna baxmayaraq, son dəqiqələrdə “Zirə”nin qol imkanları oldu, hətta bir epizodda top tirdən qayıtdı. Düşünürəm ki, “Zirə” Bakıdakı matçdakı kimi oynasa, səfərdən yaxşı nəticə ilə qayıda bilər. “Hayduk”un isə Bakıdakı kimi oynayacağına inanmıram. Çünki azarkeşləri önündə qələbə qazanmaq istəyəcəklər. Ümid edirəm ki, yaxşı nəticə qazanacağıq. İlk oyuna nəzər salsaq, şansları bərabər hesab edirəm”.

V.Cavadov Yunanıstanda “Aris”in qonağı olacaq “Araz-Naxçıvan”ı möhkəm komanda adlandırıb:

“Araz-Naxçıvan” da birinci oyunda çox yaxşı çıxışla diqqəti cəlb etdi. Həm avrokuboklarda, həm də Azərbaycan çempionatında möhkəm komanda olduqlarını göstərdilər. Ümid edirəm ki, bu oyunda da iddialarını ortaya qoyub istədikləri nəticəni əldə edərək növbəti mərhələyə adlayacaqlar. Onu qeyd edim ki, “Aris” komandası da güclüdür. “Araz-Naxçıvan” hesabda öndədirsə, deməli, üstün tərəfdir”.

Qeyd edək ki, “Sabah” - "Petrokub" matçı saat 20:00-da, “Aris” - “Araz-Naxçıvan” görüşü 22:15-də, “Hayduk” - “Zirə” qarşılaşması isə 23:00-da start götürəcək.

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektor evə buraxılıb

Yevlaxda qəzaya düşən hakim-inspektor evə buraxılıb

Futbol
Avrokuboklarda ən çox qol vuran afrikalı futbolçular açıqlanıb

Avrokuboklarda ən çox qol vuran afrikalı futbolçular açıqlanıb

Futbol
Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Futbol
Qurban Qurbanov: "Əsl kubok matçı idi"

Qurban Qurbanov: "Əsl kubok matçı idi"

Futbol
29 günlük futbol bayramı başlayır

29 günlük futbol bayramı başlayır

Futbol
Lionel Messi cari ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçu olub

Lionel Messi cari ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçu olub

Futbol
Messi gələn yay "Barselona"ya qayıdacaq

Messi gələn yay "Barselona"ya qayıdacaq

Futbol
Braziliya klubu Peleyə görə loqosunu dəyişir

Braziliya klubu Peleyə görə loqosunu dəyişir

Futbol
Slovakiya - Azərbaycan oyununun hakimləri bəlli olub

Slovakiya - Azərbaycan oyununun hakimləri bəlli olub

Futbol
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Futbol
“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

Futbol
DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

DÇ-2022: İran yığması ölkə himnini oxumayıb