Elmar Baxşıyev: "Aris"lə oyunda şanslı tərəf biz olduq"

Elmar Baxşıyev: "Aris"lə oyunda şanslı tərəf biz olduq"

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutan "Aris"lə (Yunanıstan) görüşdə (2:2) "Araz-Naxçıvan" daha şanslı olub.

"Report" xəbər verir ki, bunu Naxçıvan klubunun baş məşqçisi Elmar Baxşıyev oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis hər iki komandanın layiqli mübarizə apardığını vurğulayıb:

“Yaxşı oyun izlədik. Hər iki komanda layiqli mübarizə apardı. Bizi səfərdə nəyin gözlədiyini bilirdik. Bu gün şanslı tərəf biz olduq. Penalti epizoduna gəldikdə, hakimlərin qərarını heç vaxt müzakirə etmək istəməmişəm. Bakıdakı oyunda da bizim xeyrimizə penalti təyin edilməli idi, amma bunu etmədilər. Biz də bunu qabartmadıq. Oyunun "qırılma nöqtəsi" isə penalti epizodu deyildi".

O, Yunanıstan klubunun yaxşı təşkilatlandığını söyləyib:

“Aris”in oyununu da vurğulamaq lazımdır. Yaxşı, təşkilatlanmış komandadır. Bakıdakı oyunda da geridönüşü futbolçularım etdilər. Hər iki oyunda “Araz-Naxçıvan” meydanda yaxşı işlər gördü. Bu cür mərhələlər iki oyundan ibarətdir. Deyirsiz ki, iki epizodumuz oldu və hər ikisini dəyərləndirdik. Bunlar futbolun elementləridir. Bakıdakı oyuna baxsaq, epizodları hesablasaq, 5:1 hesabı ilə qalib gəlməli idik. Komanda şəklində yaxşı, layiqli mübarizə apardıq. Yolumuza davam edirik”.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin "Omoniya" klubu ilə qarşılaşacaq.

Futbol
Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Futbol
Türkiyə B Liqasına, Danimarka və Niderland final mərhələsinə vəsiqə qazana bilər

Türkiyə B Liqasına, Danimarka və Niderland final mərhələsinə vəsiqə qazana bilər

Futbol
Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Futbol
"Beşiktaş" baş məşqçisi ilə vidalaşır

"Beşiktaş" baş məşqçisi ilə vidalaşır

Futbol
"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

Futbol
Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Futbol
"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

Futbol
Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
"Qarabağ"ın rəqibi böyük hesablı qələbə qazanıb

"Qarabağ"ın rəqibi böyük hesablı qələbə qazanıb

Futbol
"Qəbələ"nin legioneri virusa yoluxub

"Qəbələ"nin legioneri virusa yoluxub