“Sabah”ın rəqibi bəlli olub

“Sabah”ın rəqibi bəlli olub

“Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi məlum olub.

QELEBE.AZ xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsində “Braqa”ya (Portuqaliya) uduzan “Levski” Azərbaycan təmsilçisi ilə üz-üzə gələcək.

Komandalar arasındakı ilk oyun avqustun 7-də Bolqarıstanda olacaq. Cavab görüşü isə 14 avqustda Bakıda keçiriləcək.