Zaur Hacı-Məhərrəmov Çempionlar Liqasına təyinat alıb
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Məhərrəmov, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 6-da keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” (Macarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/zaur-haci-meherremov-chempionlar-liqasina-teyinat-alib.webp