"Turan" Albaniya klubuna qarşı - YENİLƏNİR

"Turan" Albaniya klubuna qarşı - YENİLƏNİR

Təlim məşq toplanışını Türkiyədə keçirən "Turan Tovuz" bu gün növbəti yoxlama matçına çıxacaq.

QELEBE.AZ xəbər verir ki, təmsilçimiz Albaniyanın "Flamurtari" klubuyla qarşı-qarşıya gələcək.

Oyun Bakı vaxtilə 18:00-da start götürəcək.

Xatırladaq ki, qərb təmsilçisi buna qədər "Keçiörengücü" və "Çorum"la hazırlıq matçları çərçivəsində üz-üzə gəlib. Hər iki görüş bərabərliklə nəticələnib (0:0, 1:1).

Qeyd edək ki, Kurban Berdıyevin yetirmələri avqustun 5-ində Mərakeşin "Vidad" komandası ilə qarşılaşacaq.

Yoxlama matçı

18:00

Turan Tovuz (Azərbaycan) - Flamurtari (Albaniya)