“Karvan”da yeni müqavilə

“Karvan”da yeni müqavilə

"Karvan" yarımmüdafiəçisi İbrahim Qədirzadə ilə müqavilənin müddətini uzadıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Qədirzadə ötən mövsüm Yevlax təmsilçisinin heyətində 25 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.