Azərbaycanlı futbolçu: "Ermənistan təmsilçisi "Pünik"i məğlub etdiyimiz üçün şadam"

Azərbaycanlı futbolçu: "Ermənistan təmsilçisi "Pünik"i məğlub etdiyimiz üçün şadam"

Şimali Makedoniyanın “Lyuboten” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Milana Rəhimova UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Ermənistan təmsilçisi “Pünik”i böyük hesabla (4:0) məğlub etdikləri üçün şad olduğunu bildirib.

21 yaşlı müdafiəçi bu barədə "QELEBE.AZ"a açıqlama verib.

O, qarşılaşmadan əvvəl çox ciddi hazırlıq gördüklərini söyləyib:

"Rəqibi təhlil etmişdik. Necə bir kollektiv olduğunu bilirdik. Bizim də öz hədəflərimiz var idi. Görüşün ağır keçəcəyini bilirdik. Buna baxmayaraq, sadəcə, qalibiyyət haqqında düşünürdük. Növbəti mərhələyə vəsiqə qazandığımız və Ermənistan komandasına qalib gəldiyimiz üçün şadam. Ermənistan komandasına qarşı oynayacağımı eşitdiyim andan etibarən məndə böyük məsuliyyət, istək və aqressiya yarandı. İlk növbədə Vətənim üçün oynayacağımı bilirdim. Rəqibə qalib gəlmək üçün hər şeyi etməliydim. Bunu öz oyunumla göstərdim. Çox aqressiv oynayırdım. Onlar da azərbaycanlı olduğumu bilirdilər. Aqressiya gözlərimdən görünürdü".

M.Rəhimova növbəti raunddakı hədəflərindən də söz açıb:

"Belçikanın "Rosenqard" klubuna qarşı oynayacağıq. Yaxşı komandadır. Keyfiyyətli oyunçuları var. Məşqçilərimizin tapşırıqlarını yerinə yetirməli və əlimizdən gələni etməliyik. Hədəfimiz növbəti dəfə qalib gəlməkdir. Kollektiv olaraq bunun üçün çalışırıq".

Qeyd edək ki, Azərbaycan millisinin üzvü "Pünik"lə görüşə ilk "11-lik"də başlayıb və sonadək meydanda olub.

Futbol
Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq

Futbol
Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının iclası keçirilib

Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının iclası keçirilib

Futbol
Ronaldu 2008-ci ildən bəri ilk dəfə start heyətdə yer almayıb

Ronaldu 2008-ci ildən bəri ilk dəfə start heyətdə yer almayıb

Futbol
“Neftçi” ilə yollarını ayıran futbolçu “Zirə”yə keçməyə yaxındır

“Neftçi” ilə yollarını ayıran futbolçu “Zirə”yə keçməyə yaxındır

Futbol
Ronaldo yeni klubu ilə anlaşır

Ronaldo yeni klubu ilə anlaşır

Futbol
Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Futbol
“Everton” klubu satılır

“Everton” klubu satılır

Futbol
Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Futbol
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Futbol
UEFA “Qarabağ”ın müraciətinə cavab verib

UEFA “Qarabağ”ın müraciətinə cavab verib

Futbol
Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Futbol
"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir