"Karvan" futbolçusu ilə müqavilə yeniləyib

"Karvan" futbolçusu ilə müqavilə yeniləyib

"Karvan" yarımmüdafiəçisi Rəhman Şabanov ilə müqavilənin müddətini uzadıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Rəhman Şabanov ötən mövsüm "Karvan"ın heyətində 23 oyun keçirib, 14 məhsuldar ötürmə edib və 2 qol müəllifi olub.