Türkiyə Superliqasında ilk turun üç oyunu təxirə salınıb
Türkiyə Superliqasının I turunda keçirilməsi planlaşdırılan üç oyun təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
"Fənərbağça" - "Alanyaspor", "Kayserispor" - "Beşiktaş" və "Karagümrük" - "Başakşehir" qarşılaşmaları başqa tarixdə keçiriləcək.
Qeyd edək ki, "Fənərbağça" UEFA Çempionlar Liqasının, "Beşiktaş" ilə "Başakşehir" isə Konfrans Liqasının təsnifat mərhələsində çıxış edirlər.

https://mail.qalaba.az//uploads/photo/turkiye-superliqasinda-ilk-turun-uch-oyunu-texire-salinib.webp











