“Səbail”dən yeni transfer
“Səbail” növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, Bayıl təmsilçisi Zahir Mirzəzadəni heyətinə qatıb.
Klubdan verilən məlumata görə, 22 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Zahir Mirzəzadənin son klubu "Cəbrayıl" olub.

https://mail.qalaba.az//uploads/photo/sebailden-yeni-transfer.webp