Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhər stadionunda olub.

İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, Niyazi Bayramov “Kəpəz” PFK İB İdarə Heyətinin sədri İlqar Nadiri, qurumun üzvləri, millət vəkili Müşfiq Cəfərov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də əsas komandanın baş məşqçisi Tərlan Əhmədov ilə görüşüb.

İdarə Heyətinin sədri İlqar Nadiri arenada görülən işlər barədə məlumat verib. Bildirib ki, stadionun ərazisində Gəncə Futbol Akademiyası üçün bina tikilir, təbii örtükdən ibarət iki böyük ölçülü meydan salınır. Futbol akademiyasının Gəncədə uşaq futbolunun inkişafına təkan verəcəyini qeyd edən İlqar Nadiri, tikinti işlərinin bu ilin sonuna kimi başa çatdırılacağını deyib. Meydanların qarşıdakı iki ay ərzində istifadəyə veriləcəyi vurğulanıb.

Stadionun qəzalı vəziyyəti ilə maraqlanan İcra Hakimiyyətinin başçısına bildirilib ki, “Kəpəz”in ev oyunlarını burada keçirə bilməməsi azarkeşləri məyus edib. Niyazi Bayramov vəziyyətin həlli istiqamətində kluba dəstək verəcəklərini söyləyib.

Yeni baş məşqçi Tərlan Əhmədovu təyinatı münasibəti ilə təbrik edərək, ona uğurlar arzulayan icra başçısı, Gəncədə futbolun çox sevildiyini deyərək, “Kəpəz” azarkeşlərinin qələbələrə layiq olduğunu əlavə edib.

Təcrübəli mütəxəssis komandanın əvvəlki ənənələrini bərpa etməsi üçün çalışdıqlarını, tezliklə fanatları sevindirəcəklərinə inandığını vurğulayıb.

İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov stadionda U-15 Liqasının II turun oyunları çərçivəsində keçirilən “Kəpəz” - Şimal Elit görüşünü də azarkeşlər arasından izləyib.

Qarşılaşmadan sonra hər iki komandanın məşqçiləri və futbolçuları ilə görüşüb, onlarla xatirə fotosu çəkdirib.

Futbol
"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

Futbol
UEFA Gənclər Liqası: "Qəbələ"nin potensial rəqiblərinin sayı azalıb

UEFA Gənclər Liqası: "Qəbələ"nin potensial rəqiblərinin sayı azalıb

Futbol
Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Futbol
UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

Futbol
"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun əməliyyat olunacağı tarix açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun əməliyyat olunacağı tarix açıqlanıb

Futbol
İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub olub

İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub olub

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Futbol
"Qarabağ"ın prezidenti vacib oyun öncəsi Qurban Qurbanovla görüşüb

"Qarabağ"ın prezidenti vacib oyun öncəsi Qurban Qurbanovla görüşüb

Futbol
"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

Futbol
BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

Futbol
"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar

"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar