"Sabah"ın idman direktoru: "Komanda toparlanmalı və növbəti oyunlarda özünü inkişaf etdirməlidir"

"Sabah"ın idman direktoru: "Komanda toparlanmalı və növbəti oyunlarda özünü inkişaf etdirməlidir"

"Sabah" komandası Bolqarıstan təmsilçisi "Levski"yə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində uduzduqdan sonra toparlanmalı və növbəti oyunlarda özünü inkişaf etdirməlidir.

Bu barədə "Report"a Bakı klubunun idman direktoru İqor Ponomaryov açıqlama verib.

O, "bayquşlar"ın cari mövsüm avrokuboklardakı çıxışını dəyərləndirib:

"Komandanın cari avrokubok mövsümünə baxsaq, müsbət və mənfi çalarları görə bilərik. İlk oyunda ötən mövsümdə Konfrans Liqasının 1/4 finalında oynamış “Sele” ilə qarşılaşdıq. Evdə son dəqiqə qolu ilə 2:3 uduzsaq da, səfərdə eyni hesabla qalib gəldik. Oyun əlavə vaxta getdi. Rəqib yalnız əlavə vaxtda vurulan qolla mərhələni keçdi. Lakin bu iki oyunda təcrübəli və keyfiyyətli rəqiblə başabaş mübarizə apardıq. Komanda UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın “Petrokub” kollektivi ilə matçlarda çox inamlı təsir bağışladı. Bəlkə də bəzilərində “Petrokub” zəif rəqib təəssüratı yarada bilər, amma nəzərə alaq ki, bu komanda da ötən mövsüm Konfrans Liqasının liqa mərhələsində iştirak etmişdi. İlk oyun da rəqibin gücünü göstərdi. Lakin komanda xarakter nümayiş etdirərək, səfər oyunundan vacib qələbə ilə qayıtmağı bacardı. Ev matçında isə böyükhesablı qələbə qazandıq".

Funksioner ötən gün "Levski"yə uduzduqları qarşılaşmalara da toxunub:

"Bu cütdə ilk oyunu çox yaxşı keçirdik. Rəqib yalnız son saniyələrdə vurulan qolla qalib gəldi. Azərbaycandakı oyunda isə ilk növbədə stadionda olan möhtəşəm atmosferi qeyd etməliyəm. Buna görə azarkeşlərə təşəkkür düşür. Təəssüf ki, onları qələbə və növbəti mərhələyə vəsiqə ilə sevindirə bilmədik. Oyuna gəldikdə isə, deməzdim ki, rəqibdən geri qaldıq. Hər iki komandanın imkanları oldu, lakin onlar bu fürsətdən daha yaxşı yararlandılar. Rəqib etibarlı müdafiə xətti ilə seçilən komanda idi. Avrokuboklarda cari mövsümdə keçirdikləri oyunlar da bunu göstərir. 6 matça cəmi 2 qol buraxıblar ki, bu qollar da əlavə vaxta təsadüf edib. Yəni rəqib cari avrokubok mövsümündə 90 dəqiqə ərzində heç bir qarşılaşmada qol buraxmayıb. Üstəlik, Bolqarıstan çempionatına da yaxşı başlayıblar – 4 oyun, 4 qələbə. Əlbəttə, bütün bunlara rəğmən, mərhələ keçə bilərdik. İmkanlarımız da oldu. Lakin təəssüf ki, alınmadı. Artıq bu görüşlər geridə qalıb. İndi komanda toparlanmalı və növbəti oyunlarda özünü inkişaf etdirməlidir".

Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski"yə uduzaraq (0:1, 0:2) mübarizəni dayandırıb.

Futbol
“Nant” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Nant” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
Moldova - Azərbaycan oyununu ukraynalı hakimlər idarə edəcək

Moldova - Azərbaycan oyununu ukraynalı hakimlər idarə edəcək

Futbol
“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

Futbol
Messi Ronaldunun rekordunu qırıb

Messi Ronaldunun rekordunu qırıb

Futbol
De Byazi: "AFFA ilə müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm"

De Byazi: "AFFA ilə müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm"

Futbol
Roberto Martines İspaniya yığmasının baş məşqçisi təyin oluna bilər

Roberto Martines İspaniya yığmasının baş məşqçisi təyin oluna bilər

Futbol
Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək

Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək

Futbol
"Qarabağ"ın futbolçusu bir qolla iki yubileyi rəsmiləşdirib

"Qarabağ"ın futbolçusu bir qolla iki yubileyi rəsmiləşdirib

Futbol
La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

Futbol
Qəzada ağır xəsarət alan hakim-inspektor: “Düşünürdüm ki, avtomobil partlayacaq”

Qəzada ağır xəsarət alan hakim-inspektor: “Düşünürdüm ki, avtomobil partlayacaq”

Futbol
Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək