Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri dəyişdirilib
Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.
"QELEBE.AZ" xəbər verir ki, UEFA D qrupunun IV turunda, oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-millisinin-ukrayna-ile-sefer-oyununun-yeri-deyishdirilib.webp











