III MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirilib - FOTO

III MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirilib - FOTO

Gəncədə III MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirilib.

QELEBE.AZ xəbər verir ki, tədbirdə Oyunların Təşkilat Komitəsinin sədr müavini, Azərbaycan Respublikasının Gənclər və İdman naziri FəridQayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, belə əhəmiyyətli idman tədbirininAzərbaycanda keçirilməsi ölkənin idman və mədəni həyatındamühüm hadisədir.

Xüsusilə Adil Tağıyev qeyd edib ki, III MDB Oyunlarınahazırlıq çərçivəsində şəhərdə genişmiqyaslı təmir-tikinti işləriaparılır. Gəncədə həmçinin Qafqazın ən böyük idman sarayı inşa olunub.

Öz növbəsində nazir Fərid Qayıbov Gəncə sakinlərini Oyunlarzamanı idmançıları fəal dəstəkləməyə çağırıb. “Oyunlarınbaşlanmasına bir aydan da az vaxt qalıb. Bildiyiniz kimi, idmanAzərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindənbiridir. Ölkəmiz artıq müxtəlif multi-idman yarışlara ev sahibliyiedib. Lakin ilk dəfə belə böyük idman tədbiri regionlardakeçiriləcək. Gəncədə açılış və bağlanış mərasimləri, eləcə də birsıra idman növləri üzrə yarışlar təşkil olunacaq”, – deyə o bildirib.

Mərasim çərçivəsində geniş ictimaiyyətə III MDB Oyunlarınınrəsmi talismanları – Bəbir və Leyla təqdim olunub.

Tədbirin əsas məqamı xüsusi quraşdırılmış stendlərdə geri sayımsaatlarının işə salınması olub.

Bayram proqramı populyar ifaçılar Əmiliya Yaqubova və Çingiz Mustafayevin iştirakı ilə maraqlı konsertlə davam edib.Həmçinin tamaşaçılara Azərbaycan Gimnastika Federasiyasıtərəfindən hazırlanan musiqi-xoreoqrafik nümayiş təqdimolunub.

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərindəAzərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış vəbağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.