"Şəki"də kütləvi ayrılıq
"Şəki" 9 basketbolçusu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tariel Yusifzadə, Məcid İsmayılov, Roti Veyr, Coş Robinson, Terens Hanter-Vitfild, Karl Cons, Tomi Lyuk, Pol Dibal və Adebayo Oduleye ilə başa çatmış müqavilənin müddəti artırılmayıb.
Ötən mövsüm komandada oynayan basketbolçulardan Şəki məktəbinin yetirmələri – Kamal İmamverdiyev, Tərlan Abduləzizov, eləcə də millimizin üzvü Ərcan Donatla yeni müqavilə bağlanılıb.

https://mail.qalaba.az//uploads/photo/quotshekiquotde-kutlevi-ayriliq.webp