AFFA nümayəndəsi “Bavariya” - “Çelsi” matçında
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.
Apasport.az xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək "Bavariya" (Almaniya) – "Çelsi" (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Görüş sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

https://mail.qalaba.az//uploads/photo/affa-numayendesi-bavariya-chelsi-matchinda.webp