Madrid təmsilçisinin yeni transferi sıradan çıxdı
"Real"da ciddi itki baş verib.
QELEBE.AZ xəbər verir ki, komandanın yeni transferi Trent Aleksander-Arnold zədələnib.
O, Çempionlar Liqasının I turunun "Marsel"lə görüşündə xəsarət alıb.
Futbolçunun durumu açıqlanmayıb. Onun zədəsinin tibbi müayinədən sonra dəqiqləşəcəyi bildirilib.
Qeyd edək ki, matç Madrid təmsilçisinin qələbəsi ilə nəticələnib - 2:1.

https://mail.qalaba.az//uploads/photo/madrid-temsilchisinin-yeni-transferi-siradan-chixdi.webp