Olimpiya çempionu: "Ulu öndər bütün idman növləri ilə xırdalıqlarına qədər maraqlanırdı"

Olimpiya çempionu: "Ulu öndər bütün idman növləri ilə xırdalıqlarına qədər maraqlanırdı"

"Heydər Əliyev bütün idman növləri ilə xırdalıqlarına qədər maraqlanırdı".

Bunu "QELEBE.AZ"a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Zemfira Meftəhəddinova Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini danışarkən deyib.

Sidney-2000 Yay Olimpiya Oyunlarının stend atıcılığı üzrə qızıl medalçısı bildirib ki, dahi şəxsiyyətlə ilk belə görüş 1995-ci il martın 5-nə təsadüf edib: "Çox böyük tədbir idi. Həmin vaxt müxtəlif mükafatlar təqdim olunmuş, idmançılar təltif edilmişdilər. Mənimlə yanaşı, bir qrup idmançıya tərəqqi medalı verilmişdi. Bu cür dahi şəxsiyyətlə görüşmək, onun əlindən mükafat almaq tək idmançı yox, hər kəs üçün fəxrdir. Bu, biz idmançılara daha ciddi uğurlar qazanmaq üçün stimul verirdi. Görüş vaxtı uzun söhbət alınmadı. Çünki idmançılar çox idi. Məni təbrik etdi, uğurlar arzuladı. İdmançılar haqqında xoş sözlər işlətdi. Fəxr edirəm ki, ulu öndərlə görüşdüm".

Meftəhəddinovanın sözlərinə görə, Ümummilli Liderlə növbəti görüş 2000-ci ildə olub: "Sidney olimpiadasından əvvəl və sonra da bizi qəbul edib mükafatlandırdı. Həmin Oyunlarda Azərbaycan ilk dəfə stend atıcılığında təmsil olunurdu. Yolasalma mərasimində Heydər Əliyev dedi ki, bizim ilk məqsədimiz orada iştirak etməkdir. Qismət oldu, qızıl medal qazandım və uzaq Avstraliyada himnimiz səsləndi. Oktyabrın 18-də Umummilli lider idmançılarla görüş keçirdi, mənə də şöhrət ordeni verdi".

MOK rəsmisi Heydər Əliyevin hər sahə ilə olduğu kimi, idmanla da yaxından maraqlandığını vurğulayıb: "Həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina deyir ki, Ümummilli Lider "Montreal-1976"da onların iştirakı ilə keçirilmiş bütün oyunları izləyirdi. Olimpiadadan sonra idmançıları qəbul edib. Orada bütün oyunlara aid sual verib, hətta vurulan qollarla maraqlanıb".

Olimpiya çempionu Heydər Əliyevin onun yaddaşında dahi şəxsiyyət kimi qaldığını söyləyib: "Bütün dünyada onu tanıyırlar, kifayət qədər hörməti var. Mənim üçün çox böyük insan idi. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdandan sonra ölkəmiz inkişaf etməyə, çiçəklənməyə başladı. İdman da inkişaf yoluna qədəm qoydu. Ona görə də yaddaşımda əsl ölkə rəhbəri, dahi lider kimi qalıb. O, bizim Ümummilli Liderimizdir".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il ulu öndərin anadan olmasının 100 illiyi əlaqədar olaraq "Heydər Əliyev İli" elan edilib.

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb

Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək

Fərdi
Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Fərdi
Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Fərdi
Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Fərdi
Sadio Mane dünya çempionatında oynamayacaq

Sadio Mane dünya çempionatında oynamayacaq

Fərdi
Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatı: Qarışıq komanda yarışlarının qalibi bəlli olub

Cüdo üzrə Azərbaycan çempionatı: Qarışıq komanda yarışlarının qalibi bəlli olub

Fərdi
Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Fərdi
Fərid Qayıbov gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüflənib

Fərid Qayıbov gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüflənib