Şahmat üzrə Azərbaycan çempionatı: Lider ardıcıl 5-ci qələbəsini qazanıb

Şahmat üzrə Azərbaycan çempionatı: Lider ardıcıl 5-ci qələbəsini qazanıb

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında V turun görüşləri başa çatıb.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, lider Vasif Durarbəyli ardıcıl beşinci qələbəsini qazanıb. O, ağ fiqurlarla Şiroğlan Talıbovu məğlub etməklə uğurlu seriyanı davam etdirib.

İddialı Eltac Səfərli bu tur məğlubiyyət acısı yaşayıb. O, qara fiqurlarla Məhəmməd Muradlıya uduzub. Vüqar Əsədli ağ fiqurlarla İsmayıl Şahəliyevi, Aydın Süleymanlı isə Abdulla Qədimbəylini təslim olmağa məcbur edib. Reytinq favoriti Nicat Abasov ağ fiqurlarla oynayan Elvin Bayramovdan güclü olub. Murad İbrahimli-Ülvi Sadıqov duelində birinci qələbə qazanıb. Xəzər Babazadə isə Vüqar Manafovu xalsız qoyub.

Digər oyunlarda Şahin Vəliyev Fariz Əhmədovla bacarmayıb. Xaqan Əhməd bu dəfə də istədiyi nəticəni əldə edə bilməyib. 12 yaşlı şahmatçı İsmayıl Qurbanova məğlub olub.

Beş turdan sonra maksimum xal toplayan Vasif Durarbəyli liderliyini davam etdirir. Hərəyə 3,5 xal toplayan Aydın Süleymanlı, Vüqar Əsədli, Məhəmməd Muradlı 2-4-cü pillələri bölüşdürür. Növbəti sıralarda Şiroğlan Talıbov, Nicat Abasov, Xəzər Babazadə və Murad İbrahimli qərarlaşıb. Onların aktivində 3 xal var.

Qeyd edək, 9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcəklər. Ölkə çempionu yarımfinal və final görüşlərindən sonra məlum olacaq.

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Futbol
Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”

Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”

Futbol
“Real” sabiq müdafiəçisini geri qaytarır

“Real” sabiq müdafiəçisini geri qaytarır

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

Futbol
"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

Futbol
Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Futbol
PSJ-nin prezidenti dünya ulduzlarının iştirakı ilə oyun təşkil etmək istəyir

PSJ-nin prezidenti dünya ulduzlarının iştirakı ilə oyun təşkil etmək istəyir

Futbol
Azərbaycan Basketbol Liqasında IV tura start verilib

Azərbaycan Basketbol Liqasında IV tura start verilib

Futbol
Tərlan Əhmədov: "Komandanın üzərində təzyiq böyükdür"

Tərlan Əhmədov: "Komandanın üzərində təzyiq böyükdür"