III MDB Oyunlarının medal sıralaması: Liderlər öz yerlərini möhkəmləndiriblər

III MDB Oyunlarının medal sıralaması: Liderlər öz yerlərini möhkəmləndiriblər

Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.
 
QELEBE.AZ xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 68 (46-13-9) medalla liderdir.

Azərbaycan isə 55 medalla ikinci pillədə qərarlaşıb: 7 qızıl, 18 gümüş və 30 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 40 (7-16-17) medal.
 
Bu günə qədər III MDB Oyunlarında 7 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, Oyunlarda 13 ölkənin atletləri iştirak edir.